- Köhnə - Kriminal
- 6 Sentyabr 2018 20:33
- 8 164
Qusarda 10 nəfərlik dəstə saxlanıldı - Vətəndaşlara 100 min ziyan vurublar-Adlar
Qusarda illərdir quldurluq edən dəstə polis tərəfindən saxlanılıb. AzNews.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Qusar rayon polis şöbəsində qeydə alınan 17 mənzil oğurluğu və bir quldurluq hadisəsi bu günlərdə aparılan əməliyyat – axtarış tədbirləri nəticəsində ələ keçən 10 nəfər rayon sakini tərəfindən törədildiyi müəyyənləşib.
Cinayətkar dəstənin 2015-ci ildən hazırki dövrə qədər Qusar rayonunda ayrı-ayrı mənzillərdən pul, zinət və məişət əşyaları oğurladığı aşkarlanıb. Üç il ərzində törədilən hadisələr nəticəsində vətəndaşlara ümumi məbləği 100 min manat dəyərində olan ziyan dəyib. Qrupun 3 üzvü isə quldurluq hadisəsi törətməkdə təqsirli bilinir.
İlkin araşdırmalara görə cinayətkar dəstə 2015-ci ildə 5, 2016-ci ildə 6, 2017-ci ildə 3, 2018-ci ildə isə 4 cinayət hadisəsi törətməkdə təqsirli bilinir. Dəstə üzvlərindən bir nəfəri Şıxzada Şıxıyev 2017-ci ildə dünyasını dəyişib.Hazırda Qusar rayon PŞ tərəfindən saxlanılan 10 nəfərdən 7-si barəsində həbs qətimkan tədbiri seçilib,3 nəfər isə nəzarətə götürülüb. Dəstə üzvlərinin digər cinayət hadisələrində də iştirak etməsi araşdırılır.
***
Saxlanılan dəstə üzvlərinin kimliyi müəyyənləşib. Onların hər biri Qusar rayon sakinidir:
1. 1974-cü il təvəllüdlü Səlimov Ömər Əli oğlu
2. 1987-ci il təvəllüdlü Balabəyov Alim Balmət oğlu (keçmiş məhkum)
3. 1992-ci təvəllüdlü Əlirzayev Marat Həmid oğlu (keçmiş məhkum)
4. 1994-cü il təvəllüdlü Seyidov Seymur Pirmurad oğlu
5. 1991-ci il təvəllüdlü Yarəliyev Fərrux Gülbalayeviç (keçmiş məhkum)
6. 1985-ci il təvəllüdlü Tahirov Rəşad Adil oğlu
7. 1991-ci il təvəllüdlü Nurullayev Bəhruz Radikoviç (keçmiş məhkum)
8. 1994-cü il təvəllüdlü Salmanov Vüqar Bəxtiyar oğlu (keçmiş məhkum)
9. 1985-ci il təvəllüdlü Mehrəliyev Rafiq Abuzər oğlu (keçmiş məhkum)
10.1991-ci il təvəllüdlü Ağaxanov Nadim Mirzəmətoviç (keçmiş məhkum)
AzNews.az