Bakıda bir neçə nəfəri səyahətə göndərmək adı ilə aldatmaqda ittiham edilən xanım növbəti dəfə hakim qarşısına çıxarılıb. Onun əməllərindən zərərçəkənlər arasında professor, müəllim, həkim də var. Bakıda bir neçə nəfəri səyahətə göndərmək adı ilə aldatmaqda ittiham edilən xanım növbəti dəfə hakim qarşısına çıxarılıb. Onun əməllərindən zərərçəkənlər arasında professor, müəllim, həkim də var.

Keçmiş prokurorun qızı Bakıda həbs edildi - Böyük fırıldaq

Bakıda bir neçə nəfəri səyahətə göndərmək adı ilə aldatmaqda ittiham edilən xanım növbəti dəfə hakim qarşısına çıxarılıb. Onun əməllərindən zərərçəkənlər arasında professor, müəllim, həkim də var.

Minval.İnfo xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən 1981-ci il təvəllüdlü Şıxıyev Günel Oqtay qızının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan növbəti məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən Şıxıyeva 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və o məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, təqsirləndirilən Günel Şıxıyeva ali təhsillidir. Ailəli olub boşanan Günel Şıxıyevanın bir azyaşlı uşağı var. Bu iş üzrə zərərçəkmişlərin sayı 8 nəfərdir. Belə ki, Günel Şıxıyeva onlardan xarici ölkələrə, xüsusən də Sinqapura turizm səfəri təşkil etmək adı ilə pul alıb.