- Köhnə - Kriminal
- 12 Sentyabr 2018 17:41
- 7 744
5 qat dünya çempionu qayınatasını niyə döyübmüş?- Mətbuat konfransı
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Binəqədi Rayon Polis İdarəsi tərəfindən həbs olunan 5 qat dünya çempionu, "Khojaly Global Promotion"un və İsrail Azərbaycan hüquq mərkəzinin idman departamentinin rəhbəri Ehram Məcidovun hüquqlarının müdafiəsi ilə bağlı mətbuat konfransı keçirilib.
AzNews.az xəbər verir ki, mətbuat konfransı İsrail-Azərbaycan hüquq mərkəzinin, "Khojaly Global Promotion"un şirkətinin və “Neftçi” İSM-nin dəstəyi ilə təşkil olunub.
Tədbirdə çıxış edən İsrail-Azərbaycan hüquq mərkəzinin rəhbəri, Beynəlxalq İnsan Hüquqları Müdafiəsi Komitəsinin hüquq eksperti İsmayıl Zalov bildirib ki, Ehram Məcidov 3 ilə yaxın bir müddətdir ki, həyat yoldaşından ayrılıb: “Onun azyaşlı 2 övladı var. Məhkəmənin çıxardığı qərara əsasən, uşaqlar anada qalmalı imiş və ata ilə görüşə icazə verilmirmiş. Lakin Ehramın bu məsələ ilə bağlı kassasiya şikayəti sonradan təmin olunub. Belə ki, Ali Məhkəmə övladların ata ilə görüşünə icazə verib. 4-5 gün əvvəl Binəqədi Rayon İcra Nümayəndəliyində ata və övladları arasında görüş baş tutub. Orada Ehram övladlarının gözü qarşısında keçmiş qayınatası tərəfindən təhqir olunub. Ehram da təhqirlərə dözə bilməyib, bir-birlərini itələyiblər. Sonradan həmin insanlar Ehramdan polisə şikayət ediblər. Deyirlər ki, Ehramın üzərində soyuq silah hesab edilən beşbarmaq olub. Bu yalandı. Binəqədi RPİ-də cinayət məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanıb və dünya çempionu məhkəmənin qərar ilə təqsirləndirilən şəxs qismində həbs edilib”.
Qeyd edək ki, bir neçə gün öncə 5 qat dünya çempionu Ehram Məcidovun həbs olunması haqda məlumat yayılmışdı. Buna səbəb kimi qaynatasının döyülməsi bildirilmişdi.
Hazırda idmançı 2 gündür Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.
Səidə Nurməmmədli,
AzNews.az