- Köhnə - Kriminal
- 13 Sentyabr 2018 18:03
- 7 789
Sələmə pul verən qadın öldürüldü
Sumqayıt şəhərində qətl hadisəsi baş verib.
AzNews.az Teleqraf.com-a istinadən xəbər verir ki, şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, Səməd Vurğun küçəsində 1952-ci il təvəllüdlü Minayə Həsənli öldürülüb.
Onun meyiti bu gün günorta saatlarında öz yaşadığı mənzildə tapılıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib.
Qadının bədənini müxtəlif nahiyələrində 10 bıçaq zərbəsi aşkar edilib.
Cinayətin kimin tərəfindən törədildiyi məlum deyil.
İlkin ehtimala görə, o, sələmə pul verdiyi şəxslər tərəfindən öldürülüb.
Hazırda cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək, tutulması üçün əməliyyat tədbirləri görülür.
Minayə Həsənli Sumqayıtda sələmə pul verməklə tanınıb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
AzNews.az