Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Nazpəri Dostəliyeva və digər şəxslərin evindən oğur etməkdə təqsirləndirilən dəstənin işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Nazpəri Dostəliyeva və digər şəxslərin evindən oğur etməkdə təqsirləndirilən dəstənin işi üzrə məhkəmə prosesi keçirilib.

Xalq artisti evindən 350 min manat oğurlayanları bağışladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Nazpəri Dostəliyeva və digər şəxslərin evindən oğur etməkdə təqsirləndirilən dəstənin işi üzrə məhkəmə prosesi keçirilib.

AzNews.az xəbər verir ki, sənətçi hakim Əfqan Hacıyevin sədliyi ilə keçirilən prosesə teleqram vuraraq, iştirak edə bilməyəcəyini deyib: “İfadəmi təsdiq edirəm. Mənə dəymiş ziyan ödənililib. Təqsirləndirilən şəxslərdən şikayətçi deyiləm”.

Proses oktyabrın 4-də davam etdiriləcək.
Qeyd edək ki, Nazpəri Dostəliyeva istintaqa ilkin ifadəsində evindən 311 min manatlıq qızıl-zinət əşyası, 15 min dollar, 3 min avro və 2 min fund-sterlinq oğurlandığını deyib. İstintaq dövründə isə sənətçiyə dəyən ziyanın təqsirləndirilən şəxslərin- Ruslan Verdiyev, Yunis Hüseynli, Asif Həmidov, Cavid Əliyev və Natiq Fərəcovun valideynləri tərəfindən ödənildiyini bildirib.

Bahar RÜSTƏMLİ
AzNews.az