- Köhnə - Kriminal
- 5 İyun 2013 08:45
- 1 495
Böyük Britaniya vətəndaşının evi qarət edildi- Bakıda
Bakıda Böyük Britaniya vətəndaşının evi qarət edilib.
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, 2012-ci il noyabrın 2-dən 4-dək olan müddətdə H. Seyidbəyli küçəsində yaşayan Böyük Britaniya vətəndaşı Saied Tahamtaninin mənzilindən 15 min manat, 2000 ABŞ dolları və 30 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Masallı rayon sakini Kamil Musayev iyunun 4-də tutulub.
AzNews.az