- Köhnə - Kriminal
- 4 İyul 2013 09:21
- 2 659
Azərbaycanlı “qanuni oğru”nun “tac”ı geri alınır – “SXODKA”
Bu barədə məlumatı Rusiya mətbuatı yayıb: "Tərəflər arasında baş verən qarşıdurma 58 yaşlı "qanuni oğru" Dato Sebiskberidze tərəfindən başladılıb. O ötən cümə günü 3 gürcü və bir azərbaycanlının taclandırıldığı "sxodka" keçirib. Kutaisidən olmasına baxmayaraq Dato Ded Xasanın klanına daxildir və buna görə də bir çox gürcü "qanuni oğru"larla münaqişədədir".
Datonun 4 nəfəri "qanuni oğru" elan etməsindən bir sutka sonra isə 56 yaşlı Tbilisidən olan Vaja Biqanişvili birdən-birə 9 nəfəri "oğru" elan edib: Paata, Mumuka, Nodar, Qiqu, İşxan, İrakli, Datio, Zviad və Zurik. Bu "sxodka"da Vajaya dəstək verənlər arasında Qiya Samtredski, Çiro Qalski və azərbaycanlı Qoca Bakinskinin də olduğu bildirilir.
Mətbuatın yazdığına görə, məhz Qoca Bakinskinin iştirakı "sxodka"nın nəticələrini mübahisəli edib. Belə ki, bəzi "qanuni oğru"lar onun Ded Xasanın ölümündən sonra Rövşən Lənkəranskinin qanadları altına keçməsini bağışlaya bilmirlər. Azərbaycandan olan bəzi "qanuni oğru"ların da iştirakı ilə qəbul edilən qərara görə, Qocanın iştirak etdiyi "sxodka"ların qərarları tanınmır və Qocadan "tac" alanlar "qanuni oğru" hesab edilmir.
Məlumata görə artıq Ded Xasanın klanı Qocanın özünü tamamilə kənarlaşdırmaq üçün səylərini səfərbər edib.
Elnur
AzNews.az