Yanacaqdoldurma məntəqəsində bıçaqlanma - BAKIDA

Bakıda yanacaqdoldurma məntəqəsində bıçaqlanma hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Xətai rayonunda yanacaqdoldurma məntəqələrinin birinə "FORD TRANSİT" markalı avtomaşında gələn iki naməlum şəxslə orada işləyən Bakı sakini Elvin Heydərov və onunla birgə olan tanışı Məzahir Mürsəlov arasında münaqişə baş verib. Nəticədə naməlum şəxslər Elvin və Məzahirə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçıblar.

Hazırda əməliyyat axtarış tədbirləri davam etdirilir.

AzNews.az