Lənkəranski ilə Lotu Quli arasında yeni müharibə başladı - DAVA

Türkiyədə "qanuni oğru"lar arasında dava düşüb.

AzNews.az "Прайм Крайм"a istinadən xəbər verir ki, hadisə İstanbul otellərindən birində baş verib. Dalaşanlar Lotu Qulinin qardaşı Namiq Səlifovun da "taclandırıldığı" "sxodka"dan sonra oteldə istirahət edən bir qrup Ded Xasan klanına daxil olan "qanuni oğru"larla qarşı tərəfin üzvləri olub.

Məlumata görə, gürcü "qanuni oğru"lar Vaji, Rezo Lpotkipanidze, Ramaz Çinçaridze, İrakliya Qutı, Kaxi Parpaliya, Qela Kardava, Paata Malenkiy və Mamuka Çkaduanın əyləşdiyi masaya gözlənilməz qonaqlar gəlib. Onların arasında azərbaycanlı "qanunu oğru" Rövşən Lənkəranski, Taxi, Quram və Edik də olub.

Xəbərdə bildirilir ki, əvvəlcə Edik "sxodka"nın təşəbbüskarı olan Qela Kardava ilə söhbət edib. Daha sonra söhbət tərəflər arasında əlbəyaxa dava ilə nəticələnib. Gələnlər Qela Kardavanı bir neçə dəfə vurub. Davaya Rövşən Lənkəranski qarışanda isə Qela Kardava qaçıb.

Davanın təfərrüatları barədə də yazan sayt iddia edir ki, Q.Kardava qaçdıqdan sonra bütün diqqət Paataya yönəlib. Davada Mamuka Çkaduanın olay yerindən qaçdığı, Edik və Rolandın xəstəxanaya aparıldığı, Merab Mzarelua, Zviad, Beso Kvinixidxe və Timurinin də ağır xəsarət aldığı bildirilir.

Elnur
AzNews.az