- Köhnə - Kriminal
- 18 Avqust 2013 10:49
- 7 270
Ermənistanda saxta “qanuni oğru”lar peyda olub

Bunu İrəvanda keçirdiyi mətbuat konfransında kriminal mövzuda yazıları ilə tanınmış mütəxəssis Sergey Qaloyan deyib. Onun sözlərinə görə, hazırda Ermınistanda daimi yaşayan "qanuni oğru" yoxdur: "Özünü "qanuni oğru" kimi təqdim edənlər də əslində "qanuni oğru" deyil. Heç bir "qanuni oğru" Ermənistanda daimi yaşamır. Ermənistanda yaşayan sonuncu "qanuni oğru" Xoesyan olub".
Bunu bir tərəfdən yaxşı hal adlandıram Qaloyan "qanuni oğru"ların yaşamaq üçün Ermənistanı seçməməsinin pis tərəflərindən da danışıb: "Bu ona görə yaxşıdır ki, dəhşətli kriminogen durum yoxdur. Pisdir ona görə ki, vəziyyət hər an nəzarətolunmaz həddə çata bilər".
Elnarə
AzNews.az