- Köhnə - Kriminal
- 22 Avqust 2013 09:20
- 2 435
33 yaşlı qadın özünü bıçaqladı

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Ramana qəsəbəsində yerləşən "Şuşa" məcburi köçkün şəhərciyində qeydə alınıb. 1980-ci il təvəllüdlü Şəlalə Kərim qızı Məmmədova naməlum şəraitdə özünü bıçaqlayıb.
Ş.Məmmədova ağır xəsarətlə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az