DİN-dən toydakı güllələnmə hadisəsi ilə bağlı açıqlama

Daxili İşlər Nazirliyi Balakən rayonundakı şadlıq sarayının həyətində münaqişə zəminində tapançadan atəş açaraq iki nəfəri yaralayan şəxs barəsində məlumat yayıb.


Balakən rayonundakı "Nərmin" şadlıq sarayında keçirilən toy məclisində Qullar kənd sakini İbrahim Muqumov ilə Rusiya Federasiyası vətənaşı Səbuhi Rəhimov arasında münaqişə baş verib və sonradan onlar şadlıq sarayının həyətinə çıxıblar. Orada İ.Muqumov tapançadan atəş açaraq S.Rəhimova və hadisə yerinin yaxınlığında olan onun dostu, Mahamalar kənd sakini Müsənnif Layıcova qarın nahiyələrindən xəsarət alan şəxs hadisə yerindən qaçıb.

M.Layıcov və S.Rəhimov xəstəxanaya yerləşdiriliblər.

AzNews.az