Qətərin paytaxtı Dohada partlayış səsləri eşidilib

Fevralın 28-də başlayan İsrail-ABŞ müharibəsi altıncı gününə qədəm qoyub.

ABŞ və İsrail qüvvələri İranda çoxsaylı məntəqələri hədəf aldığı üçün İran cavab əməliyyatları həyata keçirir.

Yerli vaxtla saat 12:00 ilə 12:30 arasında şəhər mərkəzindəki müxtəlif nöqtələrdən ardıcıl partlayışlar eşidilib və hava hücumundan müdafiə sistemlərinin işə salındığı bildirilib.

Mövsüm,

AzNews.az