Gənc oğlanı öldürən qadın saxlanıldı

Bakıda 28 yaşlı oğlanı öldürən şəxsin qadın olduğu müəyyənləşib. Binəqədi Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 28 yaşlı Elçin Allahverdiyevin 1979-cu il təvəllüdlü Mədinə Mürsəliyeva tərəfindən qətlə yetirildiyi bəlli olub və qadın saxlanılıb.

Hadisə sentyabrın 17-də Şövkət Məmmədova küçəsində baş verib. 1985-ci il təvəllüdlü, Fizuli rayonundan olan məcburi köçkün Allahverdiyev Elçin Teyyub oğlu naməlum şəraitdə naməlum şəxs tərəfindən bıçaqlanıb. E. Allahverdiyev ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb.

AzNews.az