Məşhur azərbaycanlı “qanuni oğru” həbs edildi

Dünən axşam saatlarında azərbaycanlı "qanuni oğru", 48 yaşlı Vaqif Süleymanov Moskva ətrafında saxlanılıb.

Kriminal aləmdə Vaqif Bakinski kimi tanınan "qanuni oğru" restoranda olduğu zaman polis basqın edib. Onun üstündən 116 min rubl tapılıb ki, bu pulun adı çəkilməyən kommersant tərəfindən hansısa işin müqabilində verildiyi bildirilir.

Başqa məlumata görə isə azərbaycanlı "qanuni oğru" iş adamından ümumilikdə 19 milyon rubl alıb. V.Süleymanovla yanaşı Gürcüstandan olan bir nəfər də saxlanılıb ki, onun da üstündən silah tapılıb.

Qeyd edək ki, heroin saxlamağa görə həbs edilən V.Süleymanov bu ilin iyulundan vaxtından əvvəl azadlığa buraxılmışdı.

Elnur
AzNews.az

image description