Erməni cinayətkar dəstəsi ifşa olundu

ABŞ-da ermənilərin rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstə ifşa olunub. ANS PRESS-in erməni mətbuatına istinadən məlumatına görə, dəstə bank və vergi fırıldaqçılığı ilə məşğul olub. Fırıldaqçı qrupun bank hesablarından 7 milyon dollar oğurladığı iddia edilir.

Əsasən xarici tələbələrin bank hesablarını hədəf alan qrupun 22 üzvü saxlanılıb. Axtarışlar nəticəsində onların üzərindən 13 min dollar və 4 tapança aşkarlanıb. Qrupun başqa 33 nəfərin isə axtarışları davam edir. Onların çoxunun ABŞ-ı tərk etdiyi ehtimal olunur.

Qrupun liderləri 30 yaşlı Ernest Soloyan, 32 yaşlı Artur Qriqoryan və 34 yaşlı Aşot Mnatsakanyan həbs olunub. Bir neçə erməni əsilli şəxsə isə bank fırıldaqçılığı ittihamı irəli sürülüb.

AzNews.az