48 yaşlı kişi oğlunu və baldızını bıçaqladı

Siyəzəndə 48 yaşlı kişi oğluna və baldızına bıçaqla xəsarət yetirib.

Trend Regional TV-yə istinadən xəbər verir ki, Siyəzən şəhəri ərazisində bıçaqlanma faktı qeydə alınıb. Siyəzən şəhəri, Tofiq İsmayılov küçəsi, 52 ünvanında yaşayan 48 yaşlı Çingiz Nuriyev oğluna və baldızına bıçaqla xəsarət yetirib.

Nəticədə 18 yaşlı Dəyanət Nuriyev və 45 yaşlı Xavər Qoçalıyeva bədənin müxtəlif nayihələrinin kəsilmiş yaraları ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə gətiriliblər.

Tibb müəssisəsindən verilən məlumata görə, yaralıların heç birinin həyati təhlükəsi yoxdur. Bıçaq xəsarətləri daxilə nüfuz etmədiyindən onlar ambulator müalicəyə buraxılıblar.

Siyəzən RPŞ əməkdaşları keçirdikəri əməliyyat tədbirləri nəticəsində hadisəni törədən Çingiz Nuriyevin qolunu qandallamağa nail olublar. O, saxlanılaraq istintaqa cəlb olunub. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az