Polisə basqın edənlərdən daha bir nəfəri zərərsizləşdirildi

Oktyabrın 16-da Azərbaycanın Qusar rayonunda polisə basqın edən silahlı qruplaşmanın daha bir üzvü zərərsizləşdirilib.

Hüquq-mühafizə orqanlarından APA-nın yerli bürosuna verilən məlumata görə, Edik Rüstəmov bu gün axşam saatlarında keçirilən əməliyyat zamanı silahlı müqavimət göstərib. O, atışmada öldürülüb.

Qeyd edək ki, oktyabrın 16-da saat 08.00 radələrində Qusar şəhərində Edik Rüstəmov valyutadəyişmə məntəqəsində işləyən Sadir Mustafayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirərək üzərində olan 6000 manatı qarət yolu ilə ələ keçirib.

Polis Edik Rüstəmovu saxlayıb və pulun götürülməsi üçün Rayon Polis Şöbəsinin əməkdaşları onu şəhər kənarındakı meşə zolağına aparıblar. Bu zaman orada E.Rüstəmovla cinayətkar əlaqələri olan Qusar şəhər sakinləri Faiq Şahmuradov və Ramiz Rəhimxanov polisə hücum edib. Odlu silahdan açılan atəş nəticəsində polis mayoru Qalib Quliyev həlak olub, digər 3 əməkdaş isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Oktyabrım 19-da keçirilən əməliyyat zamanı Faiq Şahmuradov və Ramiz Rəhimxanov Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qrupu tərəfindən məhv ediliblər.

AzNews.az