Keçmiş kolxoz sədri müəmmalı şəkildə öldü – Özəl

Bərdə rayonunun Şərəfli kəndində ölüm hadisəsi baş verib. Oktyabrın 23-də saat 20 radələrində kəndin keçmiş kolxoz sədri Rafael Məmmədov dünyasını dəyişib. Yaxınları onun meyitini evinin həyətində aşkar edib.

AzNews.az-ın əldə etdiyi məlumatda 1957-ci il təvəllüdlü Rafael Alyaşan oğlu Məmmədovun ölümü həmkəndlisi ilə mübahisəsi ilə əlaqələndirilib. Fakt prokurorluqda araşdırılır. Bərdə Rayon Prokurorluğundan faktı təsdiqləyiblər. İşi araşdıran müstəntiq Famil Axundov AzNews.az-a açıqlamasında bildirib ki, mərhumun mübahisəsi barədə ona da məlumat verilib. Lakin deyilənlər təsdiqini tapmayıb: "Ölüm faktı Prokurorluqda araşdırılır. Lakin hər hansı cinayət tərkibi yoxdur. Meyit müayinə olunub. Hər hansı xəsarət izi aşkarlanmayıb. Yaxınları mərhumun həmin gün halının pis olduğunu deyib. Qohum-əqrəbasını da çağırıbmış".


Ruhiyyə
AzNews.az