32 yaşlı kişi ürəyindən bıçaqlandı

Bu gecə saat 01:40 radələrində Zaqatala rayonunda bıçaqlanma olub.

Zaqatala şəhəri, Nizami 2 ünvanında yaşayan 1981-ci il təvəllüdlü Rəhman Xalid oğlu Hacıyev bıçaqlanıb.

Onu xəstəxanaya yerləşdiriblər. R.Hacıyev ürəyindən bıçaqlanıb. Onu əməliyyat ediblər. Hazırda vəziyyəti orta-ağır hesab olunur.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.(anspress)

AzNews.az