Azərbaycan diasporunun rəhbərini güllələyən 24 yaşlı qadın saxlanıldı- VİDEO (Yenilənib)

Moskvada Miqrasiya Federasiyasinin azərbaycanlı rəhbərlərindən biri olan Mais Qurbanova sui-qəsd edən 24 yaşlı gənc qız saxlanılıb.


AzNews.az Rusiya mətbuatına ostinadən xəbər verir ki, şübhəli şəxs noyabrın 12-də saxlanılıb. Onun Novokorski küçəsi, ev 28 ünvanında saxlanıldığı bildirilir.

"İnterfaks"ın yaydığı məlumata görə, Qurbanova hücum edən qadın Tombov vilayətindən olub. Onun saxlanmasının təfərrüatları hələlik açıqlanmır.

DİN M.Qurbanova sui-qəsd edən şəxsin saxlanılması barədə xəbəri təsdiqləyib.

Qeyd edək ki, noyabrın 11-də ona açəlan atəş nəticəsində çiynindən yaralanan M.Qurbanovun vəziyyəti normaldır.

***
12.11.2013
14:59
Rusiya Miqrant Federasiyasının liderlərindən biri, sədr müavini vəzifəsini daşıyan Mais Qurbanov Moskvada güllələnib.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, naməlum şəxsin hücumu nəticəsində o, ağır yaralanıb.

Miqrant Federasiyasının rəhbəri Məhəmməd Əminin sözlərinə görə, bir neçə şəxs Qurbanova hücum edib. Evindən çıxdığı zaman binanın qarşısında çiynindən güllə yarası alan M.Qurbanova atəş açanın qadın olduğu bildirilir.

Qeyd edək ki, Rusiya Miqrant Federasiyası özündə 40 ölkənin miqrantlarını birləşdirir.



Elnarə
AzNews.az