Milyonerin meyidi meşədən tapıldı


AzNews.az Vesti RU - ya istinadən xəbər verir ki, Latviyada milyoner Leonid Rojeçkinin meyidi tapılıb. Rusiyada çox böyük məbləğdə pul dələduzluğuna görə ittiham olunan biznesmen 2008 - ci ilin martında yoxa çıxıb. Keçən il Riqa körfəzinin yaxınlığındakı meşədə üstündə Rojeçkinin adına kredit kartı olan bir kişi meyidi tapılmışdı. Yalnız indi polislərin irəli sürdüyü iddia DNT analizləri tərəfindən təsdiqini tapıb. Meşədə tapılan həqiqətən Rojeçkinin meyidi olub.
Müxtəlif vaxtlarda "Meqafon", "Norilsknikel", "Svyazinvest" kimi iri korporasiyaların aksiyalarının 25 faizinə sahib olan biznesmen, həm də Hollivudda da investor kimi tanınıb. Mərhum milyonerin orada şəxsi multiplikasiya studiyası fəaliyyət göstərib.

AzNews.az