- Köhnə - Kriminal
- 12 Dekabr 2013 10:59
- 1 611
Sumqayıtdakı insidentin bəzi detalları- YENİLƏNİB

Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, ötən gecə baş verən atışmada polis tərəf olmayıb.
Silahlı insident radikal dini qruplaşma üzvü olduğu ehtimal edilən iki tərəf arasında baş verib. Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olan kimi dərhal əraziyə əməliyyat qrupu çıxıb. Hadisə zamanı yaralananlar xəstəxanaya yerləşdirilib, silahlı insidentin bir neçə iştirakçısı isə saxlanılıb.
Hazırda baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
***
00:40
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə baş verən ərazini mühasirəyə alıb
Sumqayıt şəhərində bir qrup şəxslə polis arasında baş vermiş atışma nəticəsində yaralanan şəxslərin adları məlum olub. APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yaralılar 1982-ci il təvəllüdlü Anar Rəhimov, 1976-cı il təvəllüdlü Elmar Məmmədli və 1988-ci il təvəllüdlü Elnur Nəzərəliyevdir. Onlar hazırda xəstəxanaya yerləşdiriliblər.
***
23.25
Sumqayıt şəhərində bir qrup şəxslə polis arasında atışma olub. APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, atışma X mikrorayonda, "Soltan" marketin yaxınlığında baş verib.
Əraziyə əlavə polis qüvvəsi cəlb olunub. Atışma nəticəsində qarşı tərəfdən yaralananların olduğu bildirilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ərazini mühasirəyə alıb. Bir nəfər saxlanılıb. Əməliyyat davam edir.
AzNews.az