Gəncədə qadını girov götürən kişi saxlanıldı- Yenilənib (FOTOLAR)

Son məlumatlara görə, artıq həmin şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib. Əlindəki qumbara da alınaraq kişi polis idarəsinə aparılıb.

Gəncə Polisindən verilən məlumata görə, saxlanılan şəxs Abdıyev Əflatun Qəmbər oğludur. Onun girov götürdüyü qadın isə qeyri-rəsmi nikahda yaşadığı qadının bacısı olub.

Belə ki, qeyri-rəsmi ər-arvadın arasında baş vermiş münaqişədən sonra qadın evi tərk edib. Əflatun Abdıyev evə gəlib həyat yoldaşını evdə görmədikdə baldızını girov götürərək həyat yoldaşının gəlməsini tələb edib. Qadın gəldikdən sonra isə Ə.Abdıyev baldızını buraxıb. Polis isə onu zərərsizləşdirməyə müvəffəq olub.(trend)

***
13:12
Gəncə şəhəri Dədə Qorqud küçəsi, bina 50, ev 33-də yerləşən yaşayış binasında bir kişi evdə qadını girov götürüb.

AzNews.az-ın Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, hələlik şəxsiyyəti dəqiqləşdirilən həmin kişi mənzilin eyvanına çıxaraq əlindəki qumbara ilə girov götürdüyü şəxsi partladacağını iddia edir və bundan vaz keçmək üçün bəzi tələblərinin olduğunu bildirir.

Əlində qumbara olan kişinin həmin evin sahibi olub-olmaması, həmçinin girov götürdüyü şəxslə hansı əlaqəyə malik olması hələlik bəlli deyil. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Binaya sakinlərin girişi qadağan olunub.

Partlayış törətmək istəyən şəxslə danışıqlar aparılır.

AzNews.az
image description image description image description image description