- Qərb
- 12:10
- 1 658
NYT: Yaxın Şərq münaqişəsi Avropa üçün iqtisadi fəlakətə çevrilib
Yaxın Şərqdə davam edən münaqişə Avropanın böyük hissəsi üçün iqtisadi fəlakətə çevrilib.
Bu barədə alman politoloqu Klaudiya Mayor "The New York Times" nəşrində dərc olunan məqaləsində yazıb.
Məqalədə bildirilir: “İrandakı müharibə Avropanın böyük hissəsi üçün iqtisadi fəlakətə çevrilib”.
Ekspert qeyd edib ki, Hörmüz boğazının tam bağlanması neft və qaz ixracının təxminən 20 faizinin dayanmasına səbəb olub. Bu isə yanacaq qiymətlərinin artmasına, inflyasiyanın yüksəlməsinə və iqtisadi artımın zəifləməsinə gətirib çıxarıb.
Klaudiya Mayor əlavə edib ki, Almaniya hökuməti ölkə iqtisadiyyatı ilə bağlı inkişaf proqnozunu demək olar ki, iki dəfə azaldıb.
Mövsüm,
AzNews.az