Polis tələsi: reyd, yoxsa quldurluq? - VİDEO + FOTOLAR

Bakıda yol polislərinin yeni fırıldağı üzə çıxıb. Sürücülərdən AzNews.az-a daxil olan məlumata görə, avtomobilsiz xidmət aparan yol polisi əməkdaşları şəhərin müxtəlif küçə və prospektlərində gizlənərək sürücülərə "tələ" qururlar. Sürücülər deyir ki, yol polisi gizləndikləri yerdən qəfil yolun hərəkət hissəsinə çıxır və heç bir səbəb olmadan "saxla" işarəsi verir. Sürücülərin sözlərinə inansaq, yol polisi əməkdaşları qəsdən elə yerdə "saxla" əmri verirlər ki, orda saxlamaq mümkünsüz olur.

Polislərin niyə belə yer seçmələrinə gəlincə isə, şikayətçilər çox maraqlı bir fakt deyir: "Polislərə əslində, avtomobilin saxlanması o qədər də maraqlı deyil, əksinə onlar sadəcə "saxla" işarəsini verməklə, sürücüni tələyə salırlar. Çünki həmin yerlərdə maşın saxlamaq mümkün deyil. Birinci ona görə ki, sürətlə hərəkət etdiyin yerdə gözlənilmədən yola atılırlar. Həmin vaxt ayağını əyləcə bassan, qəza qaçılmaz olar. İkinci də ümumiyyətlə avtomobili saxlaya bilsən də gərək yolun hərəkət hissəsində saxlayasan. Saxlamayanda isə bir az öndə bu quldur dəstənin digər üzvləri- avtomobillə "xidmət aparan" yol polisləri saxlayır və polisə tabeçilik göstərməməklə bağlı protokol yazır".
Sürücülər bildirir ki, sözügedən dəstə əsasən Bakıxanov prospektində "fəaliyyət göstərir".
Sözügedən məsələ barədə məlumat aldıqdan sonra AzNews.az-ın əməkdaşı hadisə yerinə gedib. Məlum olub ki, əsas "əməliyyat" Bakıxanov prospekti ilə Azadlıq prospektinin kəsişməsinədən 10-15 metr kənarda həyata keçirilir. Həmin kəsişmədə işıqfor var, buradan 10 metr qabaqda, qadağan olunmuş yerdə isə iki mülki avtomobil dayanıb. Sən demə, yol polisi əməkdaşları məhz bu avtomobillərin arasında gizlənirlər.



Sürücülər işıqforu keçən kimi "tələ"yə düşürlər: polislər gözlənilmədən yolun hərəkət hissəsinə çıxır və avtomobilləri saxlayırlar. Məlumdur ki, Bakıxanov şəhərin ən cox avtomobil hərəkət edən prospektidir. Burada yolun hərəkət hissərində iki avomobili saxlamaq bir yana, əlavə hansısa avtomobilin saxlanılması əlbəttə tıxaca səbəb olur. Digər tərəfdən burada maşın saxlamaq arxadan gələn avomobillər üçün real təhlükə yaradır. Amma yuxarıda qeyd etdiyimiz kimi, məqsəd avtomobili saxlamaq yox, "saxla" əmrinə tabe olmamaq görütüsü yaratmaqla, sürücüləri cərimələməkdir. "Əmrə tabe olmayan" avtomobilləri isə çox vaxt 10-YP-355 dövlətnömrə nişanlı polis maşını saxlayır. O heç bir irada məhəl qoymadan, hətta sürücülərlə hədə dilində danışaraq cərimələyir, ya da "şirinliyini" alr.



Həmin polis əməkdaşımızın "Niyə məhz sürücülər üçün təhlükə yaradacaq ərazidə "saxla" əmri verirsiniz" sualına cavabında bildirib ki, sürücü bütün hallarda polisin əmrinə tabe olmalıdır: "Əgər sürücü sürətlə gəlirsə və təhlükə hiss edirsə, bir qədər qabaqda saxlaya bilər".
Amma polisin "bir qədər qabaq" dediyi yerdə saxlamaq sürücü üçün əlavə cərimə deməkdir. Çüki fotolardan da göründüyü kimi, həmin yer avtobusların dayanması üçün nəzərdə tutulub.





AzNews.az
image description image description image description image description