Bakıda soyğunçular tutuldu

Soyğunçuluq edən Bakı şəhər sakinləri tutulub.



AzNews.az xəbər verir ki, bu məlumatı Daxili İşlər Nazirliyinin saytı yayıb.

Xəbərdə deyilir ki, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 8-də Namiq Mirağayevin 570 manatını, 2 ədəd mobil telefonunu və "Lifan" markalı avtomobilinin açarını soyğunçuluq yolu ilə almış Bakı şəhər sakinləri Tural Talıblı, Səyyad Mirzəyev, Seymur Zalov və Ülkər Quliyeva tutulublar.