- Köhnə - Kriminal
- 20 Oktyabr 2014 10:19
- 1 308
Kirayədə qalan 23 yaşlı gənci bıçaqladılar

Bakıda adam bıçaqladığına görə 2 yeniyetmə tutulub.
AzNews.az Trend-ə istinadən xəbər verir ki, bu haqda informasiyanı Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidməti yayıb.
Xəbərdə deyilir ki, oktyabrın 15-də A.Qurban küçəsində iki nəfər naməlum şəxs, orada kirayədə yaşayan Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Pavel Bardinə bıçaq xəsarəti yetirib.
Xətai Rayon Polis İdarəsi 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Bakı şəhər sakinləri, 1997-ci il təvəllüdlü Ə.Qurbanov və 1998-ci il təvəllüdlü Ə.Qəribov tutulublar.