- Köhnə - Kriminal
- 30 İyun 2015 13:03
- 4 996
İş adamını oğurlayan 3 azərbaycanlı tutuldu – Moskvada (Video)

Rusiya Daxili İşlər Nazirliyinin Cinayət axtarışı idarəsinin əməkdaşları Moskva vilayətinin Solneçnoqorsk rayonunda kəndlərin birində Azərbaycanın 3 vətəndaşını saxlayıblar.
AzNews.az xəbər verir ki, bu haqda məlumatı nazirliyin mətbuat xidməti yayıb.
Məlumata görə, yaşları 29, 46 və 48 olan azərbaycanlılar iş adamını oğurlamaqda ittiham edilir.
"Saxlanılan şəxslər bu il may ayının sonunda Moskvada iş adamı olan 26 yaşlı Azərbaycan vətəndaşını oğurlayıblar və onun geri qaytarılması üçün 10 milyon dollar tələb ediblər. Polislərin keçirdiyi əməliyyat zamanı oğurlanan şəxs azad edilib. Tutulanlardan "PM" markalı tapança və 7 güllə götürülüb", - deyə mətbuat xidməti bildirib.