- Köhnə - Kriminal
- 18 Oktyabr 2012 08:52
- 5 008
Bacı bacını bıçaqladı

Hadisə məişət zəminində baş verib. Belə ki, 34 yaşlı Aynurə İmanova, Biləsuvar Mərkəzi Rayon Xəstəxanasında (MRX) müalicədə olan anası Rəfiqə İmanovanın yanından evə qayıdanda mənzildəki səliqəsizliyi görüb bacısı, 38 yaşlı Könül İmanova ilə mübahisə edib.
Əlbəyaxa dava nəticəsində bacısından çoxsaylı yumruq zərbələri alan Aynurə, mətbəx bıçağı ilə Könülü vurub. Bıçaq xəsarətləri alan Könül İmanova ağır vəziyyətdə Biləsuvar MRX-a yerləşdirilib. Aynurə İmanova isə Biləsuvar RPŞ əməkdaşları tərəfindən saxlanılaraq istintaq orqanlarına təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
AzNews.az