- Köhnə - Kriminal
- 11 Avqust 2015 19:15
- 3 381
Rus qadın azərbaycanlılara görə üç il həbs oluna bilər

Volqoqradın Dzerjinski rayon sakini öz mənzilində 15 Azərbaycan vətəndaşını qeydiyyata saldığı üçün məhkəmə qarşısına çıxa bilər.
AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, 46 yaşlı volqoqradlı qadının mənzilində bu qədər insanın qeydiyyatda olduğundan yerli sahə müvəkkili xəbər tutub. Amma sonra müəyyən edilib ki, onların heç biri faktiki olaraq orada yaşamır.
"Cari fakt üzrə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 322.2-ci maddəsi - "Rusiya Federasiyasında yaşayış yerində xarici vətəndaşın saxta qeydiyyat edilməsi" üzrə cinayət işinin açılması məsələsi müzakirə edilir", - Volqoqrad vilayəti üzrə DİN Dİ-nin mətbuat xidmətində bildiriblər.
Əgər cinayət işi açılarsa, qadına üç il həbs cəzası verilə bilər. Yeri gəlmişkən, hal-hazırda 15 azərbaycanlının olduğu yer müəyyənləşdirilir.