Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində polsi yoldaşını öldürdükdən sonra yandıran Ravil İbayevin cinayət işi üzrə cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində polsi yoldaşını öldürdükdən sonra yandıran Ravil İbayevin cinayət işi üzrə cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

“Qan izini itirmək üçün…” - Polisi öldürərək yandıran iş yoldaşı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində polsi yoldaşını öldürdükdən sonra yandıran Ravil İbayevin cinayət işi üzrə cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.


AzNews.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hakim Əlisultan Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahid ifadələri dinlənilib.

R.İbayev polis yoldaşı Muxtar Kazımzadəni bıçaqlayıb öldürdükdən sonra qan izini itirmək üçün xalçaları yudurdub.

Xalçaları yuyan Sahib Qasımov ifadə verərək Ravilin onları yudurtmağa gətirərkən üzərində qan olduğunu deyib.

Aprelin 18-də Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində üzərində zorakılıq əlamətləri olan yanmış naməlum kişi meyitinin aşkar edilməsi faktına görə Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə aparılan intensiv araşdırmalarla meyitin İmişli Rayon Polis Şöbəsinin (RPŞ) polis nəfəri Kazımzadə Muxtar Qadir oğlu olması müəyyən olunub.

Araşdırmalarla o da müəyyən edilib ki, M.Kazımzadə Xətai rayonunda yaşadığı mənzildə İmişli RPŞ-də sürücü işləyən İbayev Ravil Nuruş oğlu tərəfindən tamah niyyəti ilə qətlə yetirilib və sonuncu cinayətin izini itirmək məqsədi ilə M.Kazımzadənin meyitini Xəzər rayonu ərazisinə apararaq yandırıb.

R.İbayev aprelin 18-də şübhəli şəxs qismində tutulub və dindirilərkən törətdiyi cinayəti tam etiraf edib.