Xəbər verdiyimiz kimi, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Avropa" otelində Zaminbankın Nəsimi filialının müdiri Azər Məmmədovu öldürməkdə təqsirləndirilən Sənan Quliyev və Mövlud Səfərovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Xəbər verdiyimiz kimi, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Avropa" otelində Zaminbankın Nəsimi filialının müdiri Azər Məmmədovu öldürməkdə təqsirləndirilən Sənan Quliyev və Mövlud Səfərovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

“Oğlumu morqda gördüm, dedilər ölüb…” - Bank müdirinin anası

Xəbər verdiyimiz kimi, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Avropa" otelində Zaminbankın Nəsimi filialının müdiri Azər Məmmədovu öldürməkdə təqsirləndirilən Sənan Quliyev və Mövlud Səfərovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

AzNews.az xəbər verir ki, "Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Səbuhi Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid ifadələri dinlənilib.

Ötən prosesdə ifadə verən zərərçəkən Ceyhun Nağıyevin ifadəsi davam etdirilib.

Vəkil Cavid Rzayevin hadisə barədə yenidən bir neçə sual verməsi zərərçəkənin aqressiv reaksiyasına səbəb olub: "Biz keçən dəfə hadisənin necə olduğunu burada aydınlaşdırdıq da".

Bundan sonra vəkil suallarına davam edib.

- Siz bıçağı nə zaman gördünüz?

- Mənə girəndə.

- Həmin vaxt Mövlud harda idi?

- Dörd kvadrat yerdə dava gedirdi. Mən nəbilim kim hardaydı, orda aləm dəymişdi bir-birinə.

- Siz Sənan Quliyevə zərbə endirmisiz?

- Yox.

- Ruslanla Azərin vurulmasını görmüsüz?

- Yox.

- Bəs siz nə vaxt ifadə vermisiniz?

- Düzünü bilmək istəyirsinizsə, mən polisə getməmişəm. Fikirləşdim ki, bıçaqdı da dəyib. Sonra prokurorluqda videoya baxanda məni görüblər. Çağırdılar, gedib ifadə verdim.

- İfadənizi imzalamadan öncə oxudunuz?

- Hə. Beş dəfə oxutdurub sonra imzaladım. Videoya da baxdım.

- Latın qrafikası ilə oxuya bilirsiz?

- Orada mənim qabağıma nə qədər kitab-dəftər qoydular. Mən orta məktəbi zülmlə qutarmışam. Latınla da 1 vərəqi 1 saata oxuyuram.

Müdafiə tərəfinin vəkili təqsirləndirilən Sənan Quliyevə sual vermək istədiyini bildirdikdə zərərçəkən Azər Məmmədovun hüquqi varisinin nümayəndəsi Samir Əliyev buna etiraz edib: "Təqsirləndirilən şəxslər ifadə verməkdən imtina ediblər. Buna görə də onlara sual verilə bilməz. İfadə versinlər, sonra biz də suallarımızı verək".

Bundan sonra zərərçəkən Azər Məmmədovun hüquqi varisi, anası Gülsabah Əhmədova ifadə verib. O bildirib ki, oğlunun başına gələn hadisə barədə axşam saat 23 radələrində xəbər tutub: "Mən hadisədən heç nə görməmişəm. Evdə idim, zəng edib dedilər ki, oğlunuz turnikdən yıxılıb, yüngül əzilib. Evə sabah gələcək. Mən də dostlarına zəng etdim, çox rahat formada dedilər ki, turnikdən yıxılıb. Mən də sakitləşdim. Sonra oğlumun bir tanışı zəng edib Azərin öldüyünü dedi, inanmadım. Çünki dostları çox rahat danışmışdılar.

Həmin adam dedi ki, "Semaşko"dadır, ora getdim. Orada soruşdum, dedilər ki, bura turnikdən yıxılan adam gəlməyib. Yenidən həmin adama zəng edib soruşdum, dedi morqa gəl. Getdim gördüm bir xeyli cavan adam var, dostları yığışıb. Morqa girib oğlumu gördüm, üstündə qan yox idi. Amma dedilər bıçaqlanıb, ölüb".
Bundan sonra hadisə zamanı idman zalında məşq edən Emin Həsənov şahid qismində ifadə verib. Bildirib ki, davanı əvvəldən görməyib və səsə çıxıb: "Bıçağı isə Sənangil qapıdan çıxanda gördüm".

Bu zaman Sənan Quliyev onun sözlərinə etiraz edib: "Şərəfsiz, sən heç orada olmusan?! Camaatın oğlunu bədbəxt etdiniz. Azərin, mənim anamı gözüyaşlı qoydunuz".

Hakimlər kollegiyası təqsirləndirilən şəxsə müdaxilə və təhqirə görə xəbərdarlıq ediblər. Bu halın təkrarlanacağı təqdirdə onu məhkəmə prosesindən uzaqlaşdıracaqlarını bildiriblər.

Sənan Quliyev isə "guya mənim burada olmağımın nə mənası var ki?" deyə reaksiya verib.
E.Həsənov ifadəsini davam etdirərkən Mövlud Səfərov onun dediklərinə "bunu rədd edin buradan" deyərək etiraz edib. Hakimlər kollegiyası bu dəfə M.Səfərova xəbərdarlıq edib.

E.Həsənov ifadəsini bitirdikdən sonra onun məhkəməyə verdiyi ifadə ilə ibtidai istintaqa verdiyi ifadə arasında ziddiyyət olduğu aşkarlanıb və ilkin ifadəsi elan olunub. O, ibtidai istintaq ifadəsində hələ Mövludla Ruslan arasında mübahisə yarandığı andan orda olduqlarını, Mövludun söyüş söydüyünü, dava qızışandan sonra isə Mövludun Azərin qollarını tutmasını, Sənanın Azəri bıçaqlamasını, sonra isə Mövludun Ruslanın qollarını tutmasını və Sənanın onu bıçaqla vurmasını gördüyünü deyib.

Şahid E.Həsənov bundan sonra ibtidai istintaqa verdiyini ifadənin daha düz olduğunu və hadisənin üstündən çox vaxt keçdiyi üçün düzgün xatırlamadığını deyib: "Vəkil də o qədər sual verdi ki, başım şişdi. Heç nə yadımda deyil. Nə yazmışamsa, odur".

Otelin qeydiyyat-nəzarət şöbəsində işləyən Məlahət Ömərova ifadə verib. Bildirib ki, öncə dəhlizdən səs gəlib, sonra isə adıçəkilən şəxslər dava edərək qeydiyyat stolu tərəfə gəliblər: "Bu zaman mən onları gördüm. Sənanın Ceyhunu, Ruslanı və Azəri bıçaqlamasını gördüm və mühafizəyə telefonla xəbər verdim. Orada söyüş söyüldüyünü eşitdim, amma kimin dediyini bilmirəm".

Vəkil Cavid Abbasovun şahidləri çoxsaylı sualları zərərçəkənin anası tərəfindən etirazla qarşılanıb: "Bu məhkəmə ancaq Cavidlə şahidlər arasında gedir. Səsi də beynimə düşür. Bir sualı bir dəfə versin".
Şahid Məlahət Ömərova ifadəsinə davam edərək bildirib ki, Sənan Azəri bıçaqla vurduğu vaxt Mövlud Səfərov Ruslanla mübahisə edirmiş: "Hadisənin üstündən çox vaxt keçib, dəqiq xatırlamıram. Amma hadisədən sonra verdiyim ifadə zamanı hər şeyi olduğu kimi danışmışam. Çünki onda hər şey yadmda idi. Orda nə demişəmsə, elədir".

Vəkil Cavid Hüseynov bildirib ki, məhkəmə istintaqı müstəqildir və ibtidai istintaqla kifayətlənə bilməz. Həmçinin vəkil qeyd edib ki, şahid M.Ömərova ibtidai istintaqa da fərqli vaxtlarda iki müxtəlif məzmunlu ifadə verib. Bundan sonra şahidin ifadələrindəki ziddiyyətli məqamlar elan olunub.
Məlahət Ömərova istintaqa ilk ifadəsində deyib ki, Sənan əlində bıçağı yelləyib kimi gəldi vururdu və konkret olaraq Azəri vurmasını görməyib. Həmin zaman Ruslanla Ceyhunun qollarından qan axdığını, Mövludun isə onların üstünə getdiyini gördüyünü deyib.

Şahid M.Ömərova 2 ay sonra istintaqa ikinci ifadəsində isə hər şeyi gördüyün deyib. Bildirib ki, Mövlud arxadan Azərin qollarını tutub, həmin vaxt telefonla danışdığı üçün vurulma anını görməyib. Amma Azər qışdırdığında ona tərəf baxıb və görüb ki, Mövlud Azəri buraxıb Ruslanın qollarını tutub.

Məlahət Ömərova deyib ki, birinci ifadəsi zamanı hadisənin şokunda olduğundan, məhkəmədə isə hadisənin üstündən xeyli vaxt keçdiyindən yanlış ifadə verib. İstintaqa ikinci ifadəsini təsdiq etdiyini bildirib.

Oteldə barmen işləyən hadisə şahidi Leyla Yaqubova ifadə verərək bildirib ki, qeydiyyat stolunun yanından bara gedərkən Ruslanla Mövludun mübahisə etdiyini görüb: "Mövlud ona nəsə "ponyatka" sözü dedi. Başqa heç nə eşitmədim. Ruslan müəllim ona dedi ki, qırağa dur". L.Yaqubova istintaqa verdiyi ifadəni təsdiq etdiyini bildirib.

Nümayəndə Samir Əliyev şahidə bir neçə sual ünvanlayıb. Bu zaman Sənan Quliyevin vəkili Vasif İsrafilov şahidin nümayəndəyə baxaraq danışmasına etiraz edib: "Samir müəllim burdan şahidə göz-qaş edərək onun ifadəsinə istiqamət verir".

Bundan sonra şahid üzünü hakimlər kollegiyasına tutaraq suallara cavab verib. Bildirib ki, hadisə zamanı dava edən şəxslərin arxasında dayandığı üçün kimin kimi vurduğunu görməyib.

Vəkil Cavid Rzazadə bu şahidin də məhkəmə ifadəsi ilə istintaqa verdiyi ifadəsində ziddəy olduğunu bildirib. Onun istintaqa verdiyi ifadə elan edilib. L.Yaqubova istintaqa bildirib ki, dava zamanı Mövlud Azərin qollarını tutub, Sənan isə bıçaqla vurub. Sonra Mövlud Ruslanın qollarını tutub, bu dəfə də Sənan Ruslanı bıçaqlayıb.
Bu ziddiyyətə açıqlama gətirəb şahid Leyla Yaqubova istintaqa verdiyi ifadəni təsdiqləyib və hadisənin üstündən çox vaxt keçdiyi üçün indi dəqiq xatırlamadığını bildirib.
Məhkəmənin növbəti iclası sentyabrın 22-nə təyin edilib.

Xatırladaq ki, bu il aprelin 21-də otelin nəzdində yerləşən idman zalında münaqişə zəminində Bakı şəhər sakinləri, 1985-ci il təvəllüdlü Azər Aydın oğlu Məmmədov ürək nahiyəsindən bir bıçaq xəsarəti və 1971-ci il təvəllüdlü Ruslan Zakir oğlu Əfəndiyev döş qəfəsinin ön səthinin sol tərəfindən kəsilmiş 2 bıçaq xəsarəti alıb. A. Məmmədov aldığı bıçaq xəsarətdən hadisə yerində ölüb, R. Əfəndiyev isə xəstəxanaya yerləşdirilib və həkimlərin səyi nəticəsində həyatını xilas etmək mümkün olub. Hadisəni törədən Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Sənan Təvəkkül oğlu Quliyev və onun dostu Mövlud Səfərov tutulub.

S.Quliyev və M.Səfərov Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2, 120.2.1, 120.2.2, 120.2.3, 29, 120.2.1, 29, 120.2.2, 29, 120.2.3 və 29,120.2.7-ci maddələri ilə ittiham ediliblər.