Zaqatalada dəhşət - Yaşlı qadını döyərək öldürdülər

Zaqatalada 86 yaşlı qadın döyülərək qətlə yetirilib. Hadisə rayonun Əliabad qəsəbəsində qeydə alınıb.


AzNews.az Kəpəz TV-yə istinadən xəbər verir ki, qəsəbə sakini, 1929-cu il təvəllüdlü Xanpəri Cahangir qızı Səfərovanın evinə girən maskalı şəxslər onu və həyat yoldaşını hədələyərək pul tələb ediblər. İstədiklərini əldə edə bilməyən maskalılar qadını döyərək öldürüb, ərinə isə xəsarət yetirərək hadisə yerini tərk ediblər.

Hazırda polis və prokurorluq əməkdaşları hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.