“Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədov və onunla birgə həbs olunan digər iki təqsirli, hələ də niyə həbs olunduqlarını bilmirlər”. “Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədov və onunla birgə həbs olunan digər iki təqsirli, hələ də niyə həbs olunduqlarını bilmirlər”.

Rəşad Məmmədovun işində MTN izi - Sənəd

“Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədov və onunla birgə həbs olunan digər iki təqsirli, hələ də niyə həbs olunduqlarını bilmirlər”.

Bu sözləri iş üzrə təqsirli bilinən İsfəndiyar İsfəndiyarovun vəkili İradə Cavadova deyib. Onun sözlərinə görə, təqsirləndirilən şəxslər hazırda MTN-nin təcridxanasında saxlanılırlar. Vəkil bildirir ki, onların ittiham olunduqları Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə bağlı istintaq işi polis orqanları tərəfindən aparılmalı olsa da, nədənsə iş MTN istintaqı tərəfindən aparılır.

İ.Cavadovanın sözlərinə görə, müstəntiq məhz mayın 12-də şikayətçi Zabil Salmanovun ərizəsindən sonra həmin üç şəxs barəsində cinayət işi açıldığını bildirib. Vəkil bildirir ki, şikayətçi Rəşad Məmmədov, İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun Nizami küçəsi 44 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyət hüquqlarını əldə etmək üçün ona cəmi 600 min manat verdiyini iddia edir:

"Əlimizdə isə Z.Salmanovun öz əli ilə yazdığı ərizə var. Həmin ərizədə özü şəxsən 4 milyon 700 min manat aldığını və başqa tələbinin olmadığını təsdiqləyir. Prokurorluq nə qədər müəmmalı olsa da, işi MTN-ə həvalə edir. Zabil Salmanovun 4 milyon 700 min aldığına dair ərizəsi müstəntiqə təqdim olunsa da, həmin ərizə görünür ki, iş materiallarına əlavə edilmir. Çünki əlavə edilsəydi həmin şəxslər hazırda həbsdə olmamalı idilər.

Mənim hüquqlarını müdafiə etdiyim şəxs İsfəndiyar Sabir oğlu İsfəndiyarovun isə bu işlə ümuiyyətlə əlaqəsi yoxdur. Prosesdə iştirak etməyib, imzası yoxdur. Lakin hələ də MTN təcridxanasında saxlanılır və haqqında çıxan həbs qətimkan tədbiri uzadıla bilər. Müstəntiq özü Zabil Salmanova deyib ki, bu işin yuxarıdan tapşırılıb. Buradan belə nəticəyə gəlmək olar ki, onların həbsi MTN-nin keçmiş nazirinin tapşırığı ilə həyata keçirilib.

Həbs olunan şəxslərə o qədər təzyiqlər edilir ki, həftədə bir dəfə ailələrinə zəng etmək hüquqlarından istifadə edə bilmirlər. Müdafiə etdiyim şəxs həbsdə olduğu 6 ay ərzində 30 kiloqram çəki itirib. Onlar hələ də niyə həbs olunduqlarını bilmirlər".


Xatırladaq ki, Rəşad Rəfael oğlu Məmmədov, İsfəndiyar Sabir oğlu İsfəndiyarov və Arzu Ümid oğlu Məmmədova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham elan olunub.




Qafqazinfo.az