Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Aleksandr Abramovun (1965-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Aleksandr Abramovun (1965-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Qonşusunu öldürən gözətçi - 11 il cəza aldı

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Aleksandr Abramovun (1965-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu il fevralın 18-də Bayıl qəsəbəsində yerləşən fərdi evdə Aleksandr Abramov şəhər sakini Ziyad Rüstəmova (1971-ci il təv.) bıçaq xəsarətləri yetirib, nəticədə sonuncu evin pilləkənlərində dünyasını dəyişib.

Mərhumun meyitini aşkar edən qonşular təcili tibbi yardım stansiyasına və 102 xidmətinə zəng vurublar. Cinayəti törətməkdə şübhəli bilinən Abramovu Səbail RPİ 8-ci polis bölməsinin əməkdaşları evində, masa arxasında yatmış vəziyyətdə tapıblar.

Aleksandrı oyadanda, o polisləri görüb təəccüblənib və nə baş verdiyini soruşub. Bölməyə aparılan şəxs xeyli vaxt keçəndən sonra Ziyadla evində oturub yeyib-içdiyini və sonra aralarında baş vermiş hansısa mübahisəyə görə onu bıçaqla vurduğunu xatırlayıb.

İş üzrə təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Z.Rüstəmovun ölümünə qarın və qabırğa nahiyələrinə yetirilən zərbələr nəticəsində baş vermiş kəskin qanitirmə səbəb olub.

Məhkəmə prosesində A.Abramov ittiham üzrə özünü təqsirli hesab edib. O, avtomobil dayanacağında gözətçi işləyib, bir gündən bir növbəyə çıxıb. Rüstəmov qonşusu olub, onunla tez-tez görüşüb spirtli içki qəbul ediblər. Həmin axşam onun evində olarkən iki şüşə araq içiblər, üçüncü şüşəni içərkən, yadındadır ki, Ziyad onun işi barədə danışaraq onu təhqir eləməyə başlayıb.

Rüstəmov Abramova deyib ki, o qəpik-quruşa işləyir, ona görə də Aleksandr həmin sözlərdən əsəbiləşərək Ziyadın evindən çıxıb getməsini tələb edib. Stuldan qalxıb, masadan bıçağı götürərək bir neçə dəfə Rüstəmovu vurub. Bundan sonra o, başını masanın üzərinə qoyub, sərxoşluğun təsirindən yatıb, həmin vəziyyətdə də onu polislər aşkar edib. Abramovun sözlərinə görə, çox güman ki, yaralanan qonşusu otaqdan, pilləkənlərə çıxıb və kiminsə ona yardım edəcəyini gözləyib, bu müddət ərzində Rüstəmov xeyli qan itirib və ölüb.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.