Bakının Sabunçu rayonunda taksi sürücüsünü döyərək qarət ediblər. Bakının Sabunçu rayonunda taksi sürücüsünü döyərək qarət ediblər.

Taksi sürücüsünü döyüb maşınını qaçırdı - Bakıda

Bakının Sabunçu rayonunda taksi sürücüsünü döyərək qarət ediblər.


AzNews.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsindən teleqraf.com-a verilən məlumata görə, oktyabrın 31-də Maştağa qəsəbəsində Beyləqan rayon sakini Zahir Həsənovun taksi fəaliyyət ilə məşğul olduğu "Opel Vectra" markalı avtomobilində naməlum sərnişin onu yumruqla üz nahiyəsindən vurub.

Həmin şəxs taksi sürücüsünün pulunu alandan sonra avtomobili də götürərək hadisə yerindən qaçıb. Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil noyabrın 1-də Nardaran qəsəbəsi Abşeron küçəsində yaxşı vəziyyətdə tapılıb.

Avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Ceyhun Mütəllimzadə noyabrın 9-da tutulub.