Abşeron Rayon Polis İdarəsinin əməliyyatçıları bacısının evindən oğurluq etməkdə şübhəli bilinən qardaşı saxlayıb. Abşeron Rayon Polis İdarəsinin əməliyyatçıları bacısının evindən oğurluq etməkdə şübhəli bilinən qardaşı saxlayıb.

Bacısının evindən oğurluq edən qardaş - “Oğurlamamışam, götürmüşəm”

Abşeron Rayon Polis İdarəsinin əməliyyatçıları bacısının evindən oğurluq etməkdə şübhəli bilinən qardaşı saxlayıb.


Abşeron rayon sakini, 25 yaşlı Orxan Aydın oğlu Cəfərov doğma bacısının şikayəti əsasında saxlanılıb. Polisə mürciət edən zərərçəkmiş, evindən 2000 manatın oğurlandığını bildirib. Polis əməkdaşlarının kimdən şübhələndiyi ilə bağlı sualına qadın birmənalı şəkildə və israrla "qardaşımdan şübhələnirən" cavabını verib.

Saxlanılaraq polis idarəsinə gətirilən 25 yaşlı Orxan Cəfərov bacısının evindən pul götürdüyünü etiraf edib. Onun sözlərinə görə, pul bacısına yox, mərhum atasına məxsus olub: "Bacımla bir evdə yaşayırdıq. Atamdan qalan miras var idi. O pulu götürdüm, borclarımı qaytardım. Bacım da şikayət elədi, tutuldum. Pulu oğurlamamışam, götürmüşəm".

Orxanın sözlərinə görə, bacısı onu ata evinə qeydiyyata salmaqdan imtina edib. Ata mülkündən məhrum olan qardaş, oğurluğa əl atmaq qərarına gəlib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Musavat.com