Ən qorxunc selfi Çernobılda çəkilib - Həmin şəxs hələ də yaşayır

Bu gün Çernobıl faciəsinin 30-cu ildönümüdür. Faciədən sonra çəkilmiş selfi ilə bağlı maraqlı məlumatlar yayılıb.


AzNews.az xəbər verir ki, fotoda əks olunan radioaktiv ərinti "Fil ayağı" adıyla məşhurdur. Nücə lavası formasına görə belə adlandıılıb.

İlk baxışda şəkildə nəyin əks olunduğunu anlamaq çətindir. Sanki döşəmədə nəhəng göbələk yetişib və başında dəbilqə olan xəyali insanlar isə onun yanında işləyirlər.

Məlumdur ki, Çernobıl partlayışından sonrakı bir neçə həftə ərzində bu əraziyə daxil olmaq bir neçə dəqiqədən sonrakı dəqiq ölüm demək idi. Hətta on illiklər sonra bu şəklin çəkildiyi vaxtda radiasiya səbəbindən fotolentdə nasazlıq baş verib.

Şəkildəki şəxs Artur Korneyevdir. Böyük ehtimalla, o, başqalarına nisbətən bu ərazidə ən çox olan insandır. Ona görə də o, maksimal dərəcədə radiasiyaya məruz qalıb. Təəccüblü olsa da həmin şəxsin sağ olduğu bildirilir.



Korneyev tərəfindən buna bənzər çəkilmiş çox sayda şəkillər var. Odur ki, bu şəkli Korneyevin köhnə xoş "selfisi" adlandırmaq olar. Böyük ehtimalla şəkil fotoqrafın da əks olunması üçün böyük vaxt uzunluğu ilə çəkilib. Bu, hərəkətin effektini və başdakı fənərin ildırım kimi görünməsini də izah edir.

Şəklin aşağı keyfiyyətdə olması da, çox güman ki, radiasiya ilə əlaqəlidir.

Aydan