- Köhnə - Maraqlı
- 7 May 2016 19:30
- 8 752
Dünya hələ belə evlilik təklifi görmədi - VİDEO
Rusiyada bir nəfər öz sevgilisinə qeyri-adi evlilik təklifi edib.
Parkinqə daxil olarkən qadının maşınının qarşısını offroader kəsir. Maşının baqaj hissəsindən əli-qolu, ağzı bağlı bir ahıl boylanır, sürücü onu zorla içəri itələyir.
Sonra isə qadının avtomobilinə yaxınlaşaraq videoregistratorun çəkdiklərini tələb edir. Qadınlar qorxuya düşərkən bandit rolunda olan sürücü qara maskalını köməyə çağırır. O, əlindəki dəyənəklə qadınların avtomobilinin alın şüşəsini sındırır. Vəziyyətin gərginləşdiyini görüb tez maskasını çıxaran qadının sevgilisi ona evlilik təklifi edir.
avtosfer.az