- Köhnə - Maraqlı
- 21 Sentyabr 2016 09:04
- 11 400
Yanlış sms göndərdi – 30 il həbs oluna bilər
19 yaşlı ABŞ vətəndaşı Şelbi Eyks yalnış göndərdiyi sms nəticəsində həbs oluna bilər.
AzNews.az "Fox59"a istinadən xəbər verir ki, Eyks telefon nömrələrini qarışdıraraq narkotik vasitə almaq təklif etdiyi mesajı polis əməkdaşına göndərib. Şelbi ilə əlaqə quran polis sövdələşmə barədə razılığa gəlib. Eyks "alıcılara" 700 dollar dəyərində "metamfetamin" və yalnız həkimin resepti əsasında əldə olunan ağrı kəsici vasitələr satıb.
Polis əməkdaşları Eyksi həbs ediblər. Hazırda o, 30 ilə qədər azadlıqdan məhrum edilə bilər.
Aydan