- Köhnə - Maraqlı
- 6 Oktyabr 2016 20:50
- 6 467
“Google” dan 100 min avroluq jest - Azyaşlının borcunu bağışladı
“Google” şirkəti 12 yaşlı ispaniyalı Xose Xaverin 100 min avro borcunu bağışlayıb.
AzNews.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Torrevexa şəhərinin azyaşlı sakini "Adwords" vasitəsilə üzvü olduğu "Los Salerosos" qrupunun çıxışını reklama qoyaraq qazanc əldə etməyə çalışıb. Ancaq o, yerləşdirməni düzgün etməyib və nəticədə 100 avro borc yaranıb.
"Google" şirkətinin mətbuat katibi açıqlamasında, 12 yaşlı Xaverin düşünmədən səhvə yol verdiyini bildirib. Bu səbəbdən onun borcu şirkət tərəfindən bağışlanıb.