- Köhnə - Maraqlı
- 7 Oktyabr 2016 17:03
- 12 134
Toydakı şəklindən qorxdu - 70 kq arıqladı
Rəfiqəsinin toyunda çəkdirdiyi şəklini görən qız 70 kiloqram arıqlayıb.
AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, 29 yaşlı ABŞ sakini Mellori Menninq rəfiqəsinin toyuna qədər köklüyünə çox da önəm vermədiyini bildirib.

Menninq heç bir cərrahiyə əməliyyatına müraciət etmədən, tam sağlam şəkildə çəkisinin yarısından azad olmağı bacarıb.


Uşaq yaşlarından çəki almağa başladığını deyən Menninq istədiyi vaxt artıq çəkilərindən azad olacağını düşünüb.

Lakin sonradan o qədər kökəlib ki, artıq arıqlamağa necə başlayacağını bilməyib.

Daima başqaları tərəfindən gülüş obyektinə çevrilən və buna görə də nadir hallarda evdən bayıra çıxan Mellori ilk vaxtlar idman zalına da heç kəsin olmadığı zamanlarda gedib.

2014-cü ildə rəfiqəsinin toyunda çəkdirdiyi şəkildən sonra qorxuya düşən Mellori 2 il ərzində tam 70 kiloqram çəkidən azad olub.

Bu zamana qədər bütün şəkillərində yalandan gülümsədiyini deyən Menninq indi həqiqətən xoşbəxt olduğunu vurğulayıb.
