- Köhnə - Maraqlı
- 10 Oktyabr 2016 09:46
- 11 127
Hillari Klintonun milçəyi məşhur oldu - Foto
ABŞ prezidentliyinə namizəd Hillari Klintonun qaşına oturan milçək internet fenomeninə çevrilib.
AzNews.az "The Hill" nəşrinə istinadən xəbər verir ki, Demokratlar partiyasından prezidentliyə namizədin Respublikaçıların namizədi Donald Trampla teledebatları zamanı qaşına milçək oturub. Milçəyə əhəmiyyət verməyən Hillari çıxışına davam edib.
Sözügedən həşərat sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Hətta milçək üçün tvitterdə xüsusi hesablar da açılıb.
Xatırladaq ki, ABŞ prezidentliyinə namizədlərin teledebatları oktyabrın 9-da Cent-Luisdə keçirilib.
Aydan AXUNDOVA
