ABŞ Prezidentliyinə Respublikaçılar partiyasından namizəd, milyarder Donald Tramp növbəti dəfə medianın diqqətini çəkib. ABŞ Prezidentliyinə Respublikaçılar partiyasından namizəd, milyarder Donald Tramp növbəti dəfə medianın diqqətini çəkib.

Prezidentliyə namizədin qızılla döşənmiş təyyarəsi - Fotolar

ABŞ Prezidentliyinə Respublikaçılar partiyasından namizəd, milyarder Donald Tramp növbəti dəfə medianın diqqətini çəkib.


AzNews.az xəbər verir ki, onun üzərində TRUMP yazılan şəxsi təyyarəsi ilə bağlı bəzi maraqlı məlumatlar yayılıb.


Bütün var-dövlətinə baxmayaraq, Tramp özünə yeni təyyarə almayıb. Onun "Boeing 757-2J4ER" təyyarəsi 1991-ci ildən Danimarka və Meksikada kiçik aviaşirkətlərdə işlədilib. 1995-ci ildə təyyarə "Microsoft"un həmtəsisçisi Pol Allen tərəfindən alınıb. Laynerdə yüksək rahatlığı yaradan da məhz o olub. Tramp bu təyyarəni 2011-ci ildə alıb və onu öz zövqünə görə döşəyib.



Buna qədər Tramp köhnə Boing 727 ilə səyahət edib. Bu təyyarə isə 1969-cu ildə hazırlanıbmış.



757-nin çox güclü mühərikləri var. Hətta bir çox pilotlar onu zarafatla "yarış" təyyarəsi adlandırırlar.



Bu təyyarə əslində bir dəfəyə 239 sərnişin daşımağa qadirdir. Lakin Trampın təyyarəsi maksimum 43 nəfər üçün nəzərdə tutulub. Düzdür, bu maksimumu pilot və stüardessalar nadir hallarda görürlər.

Təyyarədə gözlədiyiniz və hətta gözləmədiyiniz hər şeyi görə bilərsiniz.



Məsələn, Trampın tam təchizatlı yataq otağı



...böyük, böyük televizorla.



Trampın hamam otağı. Burada hər şey 24 karat qızılla örtülüb.



Trampın duşu. Təyyarənin göyərtəsində 2 vanna otağı var. Onlardan biri Trampındır.



Təyyarədə demək olar ki, hər şey 24 karat qızılla örtülüb. Hətta təhlükəsizlik kəmərləri də.



Qonaqlar harada olduqlarını unutmasınlar deyə bütün oturacaqlar Trampın gerbi ilə bəzənib.



Beləliklə Trampın qonaqlarına bu rahatlıqda şikayətlənmək günah olardı.



Onların ixtiyarında hətta yemək otağı da var.



Hər bir qonağın payına əyləncə sistemi düşür. Kresloların böyük hissəsi çarpayıya çevrilir.



VIP qonaqlar şəxsi ayrıca otaqlardan zövq ala bilərlər.



Və buradakı ayrıca əyləncə sistemlərindən...



Burada ümumi qonaq otağı da var. 57 inç böyük televizor və Trampın sevdiyi 1000 filmdən ibarət kolleksiya ilə rahatlıq vəd edən qonaq otağı.



Hər şey sensorlu ekranlardan idarə olunur.



Yemək istəyirsiniz? Trampın gəmi mətbəxinə xoş gəlmisiniz.



Trampın təyyarəsi yeni olmaya bilər, lakin yenə də təsiredicidir.



Aydan