“Simpsonlar” cizgiserialı ilə bağlı maraqlı məlumatlar ortaya çıxıb. “Simpsonlar” cizgiserialı ilə bağlı maraqlı məlumatlar ortaya çıxıb.

Məşhur serialla bağlı ilginc məlumatlar - O şəxslərin adı 6 il əvvəl açıqlanıb...

“Simpsonlar” cizgiserialı ilə bağlı maraqlı məlumatlar ortaya çıxıb.


AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, serialın hələ 6 il öncə yayımlanan bölümlərində builki Nobel laureatlarının adları çəkilib. Belə ki, 22-ci sezonun seriyalarından birində 2016-cı ilin Nobel laureatları Bernard Feringa və Bengt Robert Holmstromun adları keçir.

Bölümdə Milhouse Van Houten, Lisa Simpson, Martin Prince və başqa bir məktəbli televizorda canlı yayımla Stokholmda Nobel laureatlarının elan olunmasının izləyirlər. Bu zaman Jagdish Bhagwati iqtisadiyyat sahəsindəki nailiyyətlərinə görə mükafata layiq görülür. Milhouse mükafata namizədlərin adları olan siyahını çıxarır və "Simpsonlar"ın qəhrəmanları ehtimal edilən laureatları qeyd edirlər. Məhz bu zaman Feringa və Holmstromun adları çəkilir.

Qeyd edək ki, "Sipsonlar"ın proqnozları bundan öncə də dəfələrlə səslənib. 1997-ci ildə "Nyu-York Homer Simpsona qarşı" epizodunda Nyu-York jurnalı nümayiş olunur. Jurnalın qiyməti əkiz qüllələrin qarşısında verilir. Bu isə ABŞ-da böyük terror aktının baş verdiyi və əkiz qüllələrlə iki təyyarənin toqquşduğu tarix - 9/11 kimi görünür.



Aydan AXUNDOVA