- Köhnə - Maraqlı
- 19 Oktyabr 2016 21:28
- 5 969
Artıq çəki yaddaşı zəiflədir - Araşdırma
Hamı bilir ki, artıq çəki insan sağlamlığına mənfi təsir edir, diabet, ürək-damar, dayaq-hərəki sistemi xəstəliklərinin riskini artırır.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, son araşdırmalar artıq çəkinin beyinin funksiyalarına mənfi təsir ediyini göstərib.
Böyük Britaniya alimləri 12 il ərzində 50 yaşdan yuxarı olan insanların beyinin fəaliyyətini araşdırıb belə qərara gəliblər ki, artıq çəki beyinin əsas funksiyalarına (diqqət, yaddaş, təfəkkür) çox mənfi təsir edir. Alimlər bunun səbəbini araşdırıblar. Onların fikirinə görə artıq çəki orqanizmdə iltihabın səviyyəsini artırır ki, bu da beyinin funksiyalarını zəiflədir.