Adətən dəbdəbəli həyat yaşayan şəxslər öz var dövlətlərini nümayiş etdirməyə meyilli olurlar. Bu var-dövlətin ayrılmaz hissəsi isə mobil telefonlar, nəzərə çarpan telefon nömrələri və dövlət nömrə qeydiyyat nişanlarıdır. Adətən dəbdəbəli həyat yaşayan şəxslər öz var dövlətlərini nümayiş etdirməyə meyilli olurlar. Bu var-dövlətin ayrılmaz hissəsi isə mobil telefonlar, nəzərə çarpan telefon nömrələri və dövlət nömrə qeydiyyat nişanlarıdır.

Dəbdəbəli həyat göstəricisi - İquana dərisindən telefon

Adətən dəbdəbəli həyat yaşayan şəxslər öz var dövlətlərini nümayiş etdirməyə meyilli olurlar. Bu var-dövlətin ayrılmaz hissəsi isə mobil telefonlar, nəzərə çarpan telefon nömrələri və dövlət nömrə qeydiyyat nişanlarıdır.


AzNews.az-ın məlumatına görə, son dövrlər dəbdəbəli həyat həvəskarları arasında yeni dəb bahalı materiallarla üzlənmiş telefonlardır. Hətta telefonun hansı dəri ilə üzlənməsi, metallarlarla və qaşlarla işlənməsi də rəqabəti alovlandırır. Telefonların üzlənməsi üçün ən elit vasitə kimi alliqator və ya timsah dərisindən istifadə olunur.



Dəbə ayaq uydurmaq üçün telefonu üzləmək, lakin çox da xərc çəkmək istəməyənlər üçün də alternativ variantlar var. Məsələn, dəvəquşu ayağının dərisi daha ucuz başa gəlir. Eyni zamanda ucuz vasitə kimi iquana dərisindən də üzlük hazırlanır. Bu dəri növü xüsusi həssaslıq tələb edir. Belə ki, müxtəxəssislər dəridə mümkün ola biləcək kiçik dəlikləri və ya hamarlanmayan qırışları diqqətlə nəzərdən keçirirlər.



Həmçinin, maraqlı və ucuz dəri kimi skat balığının dərisindən də istifadə olunur. Davamlı olan bu dəri növü eyni zamanda keyfiyyətli emal zamanı gözəl görünüşə malik olur. Adi halda diyircəkli olan dəri cilalandıqdan sonra hamar olur və maraqlı şəkil əmələ gəlir.



Lüks həyat həvəskarlarının telefonunu bəzəyən, gözəl görünüşə malik piton balığının dərisi zərifliyi, eyni zamanda davamlılığına görə çox istifadə olunan materialdır. Bu dəri növünün istifadəçiləri daha çox dərinin zamanla tündləşməsi problemi ilə üzləşirlər.

Dərisindən telefon üzlüyü üçün material hazırlanan daha bir heyvan daha çox Latın Amerikasında yaşayan qurbağadır. Qeyri-adi fakturası, çoxlu rəng seçimi olan bu dəri növü ucuzluğu ilə fərqlənir.

Son zamanlar dərisindən material kimi istifadə olunan heyvanlardan biri də köpək balığıdır. Gözəl görünüşü olan bu dəri növü qeyri-adiliyi ilə də seçilir.



Telefonların bahalı metallarla və daş-qaşlarla bəzədilməsi də dəbdəbəli həyat həvəskarları arasında aktualdır. Telefonların üzlənməsində daha çox qızıl və platindən istifadə olunur. Bahalı daş-qaşlar arasında xüsusilə brilliant və svarovski daşlarından daha çox istifadə olunur.




Telefonlara müxtəlif emblemlərin vurulması, əsas korpus üzərində inisialların döyülməsi və ya digər fərqli nişan və yazılardan istifadə olunması da bu cihazların ilk baxışdan nəzərə çarpan olması üçün əhəmiyyətli vasitədir.



Telefonların bu formada üzlənməsi və bəzədilməsi kifayət qədər bahalı xidmətdir. Bu növ xidmətlər 800 AZN-dən başlan vəsait hesabına həyata keçirilir.

Aydan AXUNDOVA