- Köhnə - Maraqlı
- 16 Noyabr 2016 21:15
- 11 137
100 milyon dollarlıq mülk - Foto
ABŞ-ın yeni prezidenti Donald Trampın 100 milyon dollarlıq evi görənləri heyrətə salır.
AzNews.az-ın xarici mətbuata istinadən məlumatına görə, hazırda Tramp illərdir Nyu-Yorkda özünün inşa etdirdiyi "Trump Tower"in sonuncu mərtəbəsində ailəsi - birinci xanım Melania və oğlu ilə yaşayır.
66-cı mərtəbədə yerləşən lüks ev bahalı xalılar, mərmərlər, qızılı mebellərlə bəzədilib. Evin bir çox detalı qızılı örtüklə örtülüb. O, milyonlarla dollar dəyəri olan sənət əsərləri ilə zəngindir.
Bundan başqa, malikanədə yunan mifologiyasına aid izlər daha çoxdur. Məsələn, eşq tanrısı hesab edilən Eros və Psychenin bürünc heykəli.
Mənzilin dekorasiyasında Fransadakı Yelisey sarayından ilham alınıb. Dizayn 14-cü əsr Luis dönəmi memarlığının nümunələri ilə zəngindir.
Bildirək ki, ABŞ-ın qalmaqalları ilə seçilən yeni prezidenti yanvar ayından vəzifəsinin icrasına başlayacaq. Təhvil-təslimdən sonra o, Ağ evə köçəcək.