Heyvanlar aləmindəki nəhəng heyvanlar hamıya məlumdur. Lakin bəzi heyvanların nəhəngliyi onlar üçün xarakterik hal deyil. Heyvanlar aləmindəki nəhəng heyvanlar hamıya məlumdur. Lakin bəzi heyvanların nəhəngliyi onlar üçün xarakterik hal deyil.

Anomal nəhəng heyvanlar – Fotolar

Heyvanlar aləmindəki nəhəng heyvanlar hamıya məlumdur. Lakin bəzi heyvanların nəhəngliyi onlar üçün xarakterik hal deyil.


AzNews.az böyük ölçüləri ilə qeyri-adilik qazanan, hətta Ginnesin rekordlar kitabına düşməyi bacaran heyvanları təqdim edir:

Terafoza Blonda



Təbiətin bu möcüzəsi Amazonka hövzəsində yaşayır. Araxnofobiyadan əziyyət çəkənlər belə nəhəng hörümçəyi görməsələr yaxşıdır. Bu heyvanın çəkisi 175 qrama çata bilər.


İt Zevs



Sahibi onu zərif nəhəng adlandırır. Zevs dünyada ən hündür itdir. Onun hündürlüyü 91,44 sm, uzunluğu isə 2,22 metrdir.


Nəhəng axatina



İnsan əli ölçüsündəki ilbizin uzunluğu 20 sm-ə qədər çata bilir.


Ən böyük dovşan



Darinin çəkisi 22,6 kq, uzunluğu isə 132 sm-dir.


Nəhəng Çin salamandrası



Salamandr dedikdə adətən, su yaxınlığında yaşayan kiçik kərtənkələlər yada düşür. Lakin Çin salamandrasının uzunluğu 180 sm-ə çatır.


Ludo – Ən böyük pişik



"Maine Coon" növünü aid pişiklər böyük olmaları ilə seçilirlər. Lakin bu nəhəngin uzunluğu 114 sm-dir.


Qurbağa qoliaf



Qurbağa 32 sm-ə qədər uzana və 3 kq-dan daha ağır ola bilər.


At Big Ceyk



Əlbəttə, atlar kifayət qədər böyük heyvanlardır. Lakin Big Ceykin boyu 217 sm-dir.


Herkules



Şir və dişi pələngin hibridi olan Herkules 2006-cı ildə pişikkimilər dəstəsinə aid ən nəhəng heyvan kimi Ginnesin Rekordlar Kitabına düşüb. Arxa pəncələri üzərində dayanarkən onun uzunluğu 3,7 metrə çatır.


İnək Blossom



Dünyanın ən böyük inəyi. Onun boyu 195 sm, çəkisi isə 1,3 tondur.

Aydan